Bazar ertəsi, 09 Sentyabr 2024 16:49

Azərbaycanın iki idmançısı V Dünya Köçəri Oyunlarında bürünc medal qazanıb

Azərbaycanın iki idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında bürünc medal qazanıb.

“Caspian Energy Media” AZƏRTAC-a istinadən xəbər verir ki, qazaq güləşi yarışında Elşən Dünyamalıyev (55 kiloqram) və Ülviyyə Bayramova (52 kiloqram) üçüncü yer uğrunda qarşılaşmada müvafiq olaraq, monqolustanlı Qantuq Bayantur və moldovalı Mariya Leorda ilə üz-üzə gəliblər.

Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.

Read 381 times