Azərbaycan və Səudiyyə Ərəbistanı arasında birgə müəssisələrin yaradılması müzakirə edilib. “Caspian Energy Media” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Səudiyyə Ərəbistanından olan nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. İkitərəfli investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə müəssisələrin yaradılması, Səudiyyə Ərəbistanından olan investorların Azərbaycanın sənaye parklarında rezident qismində iştirakı imkanları barədə müzakirələr apardıq", - deyə qeyd edib.
http://caspianenergy.net/index.php/az/caspian-energy-media/item/5817-az-rbaycan-s-udiyy-r-bistan-il-birg-mue-ssis-l-rin-yarad-lmas-n-muezakir-edib#sigProGalleriaa5164a616f