Super User
Нефть на мировых рынках подорожала
В ходе торговых операций на Лондонской межконтинентальной бирже стоимость июльского фьючерса 2024 года на нефть марки Brent повысилась на 0,23% и составила $82.31 за баррель.
Как сообщает Caspian Energy Media со ссылкой на АПА, на Нью-Йоркской товарной бирже NYMEX стоимость барреля нефти марки WTI, экспортируемой в июне, повысилась на 0,35% и составила $77.99.
В руководстве футбольного клуба "Шафа" произошли изменения
ООО “My Group” будет покровительствовать футбольному клубу" Шафа". Об этом Caspian Energy Media сообщил член правления My Group Holding Фариз Султан-Ахмеди.
Решением учредителя учреждены новые должности президента и вице-президента. Согласно решению, президентом назначен Салманзаде Сардар Огтай оглы, а вице-президентами - Садигли Кенан Солтан оглы и Султан-Ахмеди Фариз Тебриз оглы.
Следует отметить, что футбольный клуб “Шафа”, основанный в 1998 году, за короткое время сумел завоевать доверие футбольной общественности и болельщиков.
"Şəfa" futbol klubunun rəhbərliyində dəyişiklik olub
“My Group” MMC "Şəfa" futbol klubuna himayədarlıq edəcək. Bu barədə Caspian Energy Media-ya My Group Holdingin idarə heyətinin üzvü Fariz Sultan-Əhmədi bildirib.
Təsisçinin qərarı ilə yeni prezident və vitse-prezident vəzifələri təsis olunub. Müvafiq qərara əsasən Salmanzadə Sərdar Oqtay oğlu prezident, Sadiqli Kənan Soltan oğlu ilə Sultan-Əhmədi Fariz Təbriz oğlu isə vitse-prezident vəzifələrinə təyin olunub.
Qeyd edək ki, 1998 - ci ildə təsis edilmiş “Şəfa” futbol klubu qısa zamanda futbol ictimaiyyətinin və azarkeşlərin etimadını doğruldub və onların rəğbətini qazana bilib.
Odero Mərkəzi Bank tərəfindən lisenziya alan ilk ödəniş təşkilatı olub
Token Azərbaycan MMC (Odero) Azərbaycan Repsublikasının Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Qanununa əsasən, Azərbaycan Repsublikasının Mərkəzi Bankının müvafiq tələblərinə uyğun olaraq lisenziya alan ilk ödəniş təşkilatı olub. Bu barədə Caspian Energy Media-ya Odero-dan bildirilib.
Odero bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edərək lisenziyalaşma prosesini uğurla tamamlamışdır və Mərkəzi Bankın ÖT-001 saylı lisenziyası əsasında Ödəniş təşkilatı olaraq virtual POS vasitəsilə ödəniş əməliyyatının ekvayrinqi, link və QR vasitəsilə ödəniş qəbulu, kart yadda saxlama əsasında təkrarlanan və abunəlik ödənişlərinin icra olunması, KOB sahibkarlıq subyektlərinin onlayn ödəniş qəbul edə bilməsi üçün əlavə dəyərli xidmət olaraq elektron ticarət platformasının təqdim olunması kimi bir sıra fəaliyyətlər həyata keçirəcəkdir.
Qeyd edək ki, ölkənin ilk lisenziyalı ödəniş təşkilatı olan Odero, Fortune 500 siyahısında olan Koç Holdinqə daxildir və Azərbaycanda onlayn ödəniş qəbulu və elektron ticarət həlləri ilə müştərilərin xidmətindədir. Oderonun məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaqüçün https://odero.az/ saytına, 012 310 57 10 Məlumat Mərkəzinə və ya müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
CEO Breakfast təşkil edilib
24 may tarixində Caspian Energy Club-ın təşkilstçılığı ilə CEO Breakfast keçirilib. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.
Səhər yeməyi formatında keçən görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 80-dən çox şirkət nümayəndəsini bir araya toplayıb. CEO Breakfast-a qatılan şirkətlər səmərəli işbirliyi üçün geniş imkanlar təqdim edən B2B görüşlərdə iştirak edib, networking bağlarını daha da möhkəmləndirmək üçün imkanlar əldə ediblər.
Bakı Enerji Həftəsində bu il də “Zero Waste” proqramı tətbiq ediləcək
5 və 6 iyun tarixlərində Azərbaycanda ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Bakı Enerji Forumu keçiriləcəkdir.
Bakı Enerji Forumu enerji sahəsinin əsas istiqamətlərinin işıqlandırılması üçün mühüm müzakirə platformasıdır. Bakı Konqres Mərkəzində təşkil ediləcək forumda ümumilikdə 600-dən çox nümayəndənin iştirakı gözlənilir. İştirakçılar siyahısında Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Bolqarıstan, BƏƏ, Çin, Əlcəzair, Fransa, İtaliya, Norveç, Macarıstan, Səudiyyə Ərəbistan, Sloveniya Türkiyə, Yaponiya, Almaniya və digər ölkələrdən olan şirkətlər yer alacaq.
Bu ilki tədbirin əsas gündəliyi olaraq “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq”, “Xəzər regionunda Yaşıl Enerji və Hidrogen Potensialı”, “Beynəlxalq Qaz Təchizatı” və digər mövzular müzakirə olunacaqdır. COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “COP29: Azərbaycan üçün yeni çağırışlar və imkanlar” adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub.
2023-cü ildə Bakı Enerji Forumunda ilk dəfə olaraq “Zero Waste” (Sıfır Tullantı) proqramı tətbiq olunmuşdur. Qlobal iqlim böhranını aradan qaldırmaq istiqamətində əsas həll yollarından biri kimi hesab olunan “Zero Waste” proqramı tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusudur ki, bu da məhsulların və resursların təyinatının dəyişdirilməsi və ya təkrar istifadə olunması yolu ilə istifadəyə yararlılığını artırmağı təşviq edir.
“Zero Waste” prinsipinə sadiq qalaraq 2024-cü ildə də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. İstifadəçilərin rahatlığı üçün tədbirlər proqramı barədə məlumatların əldə edilməsini asanlaşdıran QR kodlar təqdim olunacaq. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək. Belə ki, tədbirlər zamanı istifadə olunmayan qidalar heyvan sığınacaqlarına veriləcək.
Həmçinin, forum zamanı “Zero Waste” proqramı çərçivəsində tədbirin bütün nümayəndələri üçün təkrar emal olunmuş plastikdən bloknotlar, qələmlər və nəm salfetlər, eko dəridən isə çantalar hazırlanacaqdır.
Bundan başqa, Bakı Enerji Forumu çərçivəsində “MiniBoss” məktəbinin tələbələrinin “Econotes” və “Ecoleaf” adlı startapları nümayiş olunacaq. “Econotes” startapının ideyası başlıq hissəsində toxum olan qələmdir. Qələm istifadə olunub bitdikdə başlıq hissəsindəki toxumu yetişdirərək, bitki əldə etmək mümkündür. “Ecoleaf” isə psixoloji və ekoloji ehtiyacları qarşılayan bir qeyd dəftəridir. Dəftərin tərkibindəki vərəqlər adi görünsə də, onlar əkilə bilən kağızlardan hazırlanmışdır. Belə ki, qeyd dəftəri bitdikdən sonra vərəqləri torpağa əkməklə bitki yetişdirmək mümkündür. Nəticədə bioloji təmiz kağızdan çiçək yetişəcəkdir. Startapın yaradıcıları bildiriblər ki, startaplar Azərbaycanda ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış məhsullardır. Forumda iştirak edən nümayəndələrə də bu qələmlər və qeyd dəftərləri təqdim olunacaq.
Bundan əlavə, ötən illərdən etibarən tədbir üçün reklam vasitələrinin çapı minimuma endirilərək, forumun təşkil edildiyi məkanda elektron rollaplardan və reklam lövhələrindən istifadə olunur. Tədbirin keçiriləcəyi Bakı Konqres Mərkəzi də ekoloji konseptdə inşa edilmişdir. Belə ki, mərkəzin damında quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə kifayət qədər enerji toplanması sayəsində enerji istifadəsinə sərf olunan xərclər azaldılmışdır.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
Baku Enerji Forumunun təşkilatçısı “Iteca Caspian” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Eyni zamanda, tədbirlər Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. Rəsmi tərəfdaşlar qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Atəşgah" Sığorta, "Hyatt Regency Baku", "Ibis Baku City", "Radisson Hotel Baku", "Lilac" və "Greenwich Travel Club" şirkətləri çıxış edir.
Dünya birjalarında neft ucuzlaşıb
Dünya birjalarında neft ucuzlaşıb.
Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,03 dollar azalaraq 81,33 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,04 dollar azalaraq 76,83 dollar təşkil edib.
Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur
22-24 mayda Çin Xalq Respublikasının (ÇXR) Çenqdu şəhərində 6-cı Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisi keçirilir.
Caspian Energy Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, sərginin əsas məqsədi təchizat zəncirinin fasiləsizliyinin təmin edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin (Orta Dəhliz) rəqabətqabiliyyətliyinin artırılması istiqamətində əldə olunmuş nailiyyətlərin müzakirəsi olub. Həmçinin ÇXR-in logistika şirkətlərinin bu proseslərdə iştirakının dəstəklənməsinə diqqət çəkilib.
Sərgidə iştirak edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Fariz Əliyev son illərdə Azərbaycanın nəqliyyat sistemində əldə olunmuş nailiyyətlər və aparılmış islahatlardan danışıb.
Азербайджан представлен на 6-й Китайской международной выставке импорта
22-24 мая в Чэнду (Китайская Народная Республика) проходит 6-я Китайская международная выставка цепочек поставок и логистики.
Как сообщает Caspian Energy Media со ссылкой на Министерство цифрового развития и транспорта Азербайджана, основной целью выставки является обсуждение достижений по обеспечению непрерывности цепочек поставок, повышению конкурентоспособности международных транспортных коридоров, в частности, Транскаспийского международного транспортного коридора («Срединный коридор»). Также было уделено внимание поддержке участия логистических компаний КНР в этих процессах.
Принимавший участие в выставке заведующий отделом Министерства цифрового развития и транспорта Фариз Алиев рассказал о достижениях и реформах, проведенных в транспортной системе Азербайджана за последние годы.
На мировых рынках цены на нефть снизились
На мировых биржах зафиксирован спад цен на нефть.
Как сообщает Caspian Energy Media со ссылкой на АЗЕРТАДЖ, на лондонской бирже ICE (InterContinental Exchange Futures) баррель нефти марки «Брент» подешевел на 0,03 доллара – до 81,33 доллара. На нью-йоркской NYMEX (New York Merchantile Exchange) цена нефти марки «Лайт», снизившись на 0,04 доллара, составила 76,83 доллара за баррель.