Super User
Нефть на мировых рынках подешевела
Как сообщает Caspian Energy Media со ссылкой на АЗЕРТАДЖ, на лондонской бирже ICE (InterContinental Exchange Futures) баррель нефти марки «Brent» подешевел на 0,19 доллара – до 81,67 доллара. На нью-йоркской NYMEX (New York Merchantile Exchange) стоимость нефти марки «Light», снизилась на 0,23 доллара, составила 77,68 доллара за баррель.
Цена азербайджанской нефти «Azeri Light» снизилась
На мировых биржах цена на азербайджанскую нефть снизилась.
Как сообщает Caspian Energy Media со ссылкой на АЗЕРТАДЖ, цена за баррель нефти марки «Azeri Light», подешевев на 1,15 доллара, или на 1,35 процента, составила 83,78 доллара.
Президент Финляндской Республики Александр Стубб позвонил Ильхаму Алиеву
30 мая Президент Финляндской Республики Александр Стубб позвонил Президенту Азербайджанской Республики Ильхаму Алиеву.
В ходе телефонного разговора состоялся обмен мнениями о председательстве Азербайджана в СОР29 и политических вопросах в регионе.
Президент Финляндии подтвердил свое участие в СОР29 по приглашению главы нашего государства.
Record of last 16 seasons in Azerbaijan Cup
In the 2023/24 season of the Azerbaijan Cup, 140 goals were scored.
This is an absolute record for the last 16 tournaments, Caspian Energy Media reports with reference to the official website of the Professional Football League.
The last time more goals were scored was 180 in the 2007/08 season.
Azərbaycan Kubokunda son 16 mövsümün rekordu
Azərbaycan Kubokunun 2023/24 mövsümündə 140 qol vurulub.
Caspian Energy Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, son 16 turnir üçün mütləq rekorddur.
Sonucu dəfə daha çox qolun vurulması 2007/08 mövsümündə qeydə alınıb. Həmin vaxt bu rəqəm 180-ə bərabər olub.
Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır
Caspian Energy Media Aztelekom-a istinadən xəbər verir ki, “Aztelekom” MMC internet sürətini artırır.
Belə ki, şirkət iyunun 1-dən etibarən qiymətləri sabit saxlamaqla GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətini 40 Mbit/s-ə, 50 Mbit/s internet sürətini isə 60 Mbit/s-ə qədər artıracaq.
Daha ətraflı: https://www.aztelekom.az/az/read/255-azerbaycanda-gpon-tarifleri-uzre-internetin-sureti-artir
Dünya birjalarında neft ucuzlaşıb
Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,19 dollar azalaraq 81,67 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,23 dollar azalaraq 77,68 dollar təşkil edib.
“Azeri Light” markalı neft ucuzlaşıb
Dünya bazarında Azərbaycan nefti ucuzlaşmağa davam edir.
Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,15 dollar və ya 1,35 faiz azalaraq 83,78 dollar olub.
Caspian Energy Club üzvləri Estoniyanı ziyarət ediblər
29-30 may tarixlərində Caspian Energy Club üzvləri Estoniyanın paytaxtı Tallini işgüzar səfərlə ziyarət ediblər. Bu barədə Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib.
29 may tarixində Caspian Energy Club üzvləri Estoniya Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndə heyəti, İqtisadi diplomatiya şöbəsinin Təhsil üzrə xüsusi səfiri Kaili Terras və özəl sahibkarların iştirakı ilə baş tutan Demo Day-ə qatılıblar.
“Biz Azərbaycan Respublikasının Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Anar Məhərrəmova və Estoniya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin rəhbəri cənab Yaak Lensmentə Caspian Energy Club-a göstərdikləri dəstəyə görə dərin təşəkkürümüzü bildiririk”, — Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva qeyd edib.
Tədbirdə çıxış edən Caspian Energy Club-ın Sədri və Qrupun Baş Icraçı Direktoru Telman Əliyev iki ölkə arasındakı münasibətlərdən söz edib. “LEF network Azerbaijan proqramı sayəsində biz Azərbaycanla Estoniya arasında iqtisadi və ticari əlaqələrin daha da genişlənməsinin şahidi olduq. Biz öz növbəmizdə iki ölkənin özəl sektoru arasında yeni körpülərin yaradılması istiqamətində səylərimizi əsirgəməyəcəyik. Qeyd edim ki, bu səfər çərçivəsində biz İKT və təhsil şirkətlərinin Estoniyaya böyük marağını müşahidə etdik”, — Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.
O, həmçinin Caspian Energy Club üzvlərinin və Azərbaycan Respublikasının Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Anar Məhərrəmov arasında baş tutmuş görüş haqqında məlumat verib. “Cənab səfirə bizim heyəti qəbul etdiyinə və bu görüşün çox yüksək səviyyədə təşkil olunduğuna görə dərin təşəkkürümüzü bildiririk. Caspian Energy Club olaraq biz bundan sonra da Azərbaycan və Estoniyada qarşılıqlı marağı olan sahibkarlara dəstək olmağa, ikitərəfli əlaqələrin inkişaf etməsinə dəstək olacağıq”, — Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev əlavə edib.
O, bundan öncə ziyarət edilmiş Latviyada və ziyarət ediləcək Finlandiyada nəinki İKT, təhsil və yaşıl texnologilar üzrə xidmət göstərən şirkətlər üçün, həmçinin Azərbaycanda istehsal olunan müxtəlif növ məhsullar üçün böyük tələb və perspektiv olduğunu qeyd edib. “Növbəti ziyarətlərimizdə biz qeyd etdiyim şirkətləri və məhsulları Latviya, Estoniya və Finlandiya bazarlarına çıxışını təmin etmək üçün əlimizdən gələni edəcəyik”, — Caspian Energy Club-ın Sədri və Qrupun Baş Icraçı Direktoru Telman Əliyev deyib.
Görüş əsnasında DreamApply, kood/Jõhvi, Lingvist, SpeakTX, LaavaTech kimi şirkətlərin təqdimatları dinlənilib. Daha sonra tədbir Azərbaycan və Estoniya şirkətlərin iştirakı ilə keçən fərdi B2B görüşlərlə davam edib.
“Estoniya iqtisadiyyatın fərqli sahələrdə fəaliyyət göstərən həmvətənlilərimizlə görüşmək imkanını əldə etdik. Bizim şirkətləri və onların istehsal etdiyi məhsulları xarici bazarda müşahidə etmək çox xoş haldı”, — Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib və əlavə edib ki, səfərə qatılan bəzi şirkətlə Estoniyanın aparıcı təhsil müəssisələrindən olan Tallin Texnoloji Universiteti və Tallin Universitetinin nümayəndələri ilə görüşlərə qatılıblar.
30 may tarixində Caspian Energy Club-ın üzvləri e-Estonia brifinq mərkəzini ziyarət edərək, Estoniyanın rəqəmsal xidmətlər və nou-hau təcrübəsi ilə yaxından tanış olublar. Qeyd edək ki, mərkəz 2009-cu ildə QHT kimi yaradılmışdır və bu gün Estoniya Biznes və İnnovasiyalar Agentliyinin bir hissəsidir.
Eyni gündə Estoniya Azərbaycan Evi ziyarət edilib. “Təşkilatçılıq üçün biz Estoniyanın Sənaye və Ticarət Palatasına təşəkkür edirik”, — Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva deyib.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.
Caspian Energy Club üzvləri Latviyanı ziyarət ediblər
26-28 may tarixlərində Caspian Energy Club üzvləri Latviyanın paytaxtı Riqa şəhərini işgüzar səfərlə ziyarət ediblər. Bu barədə Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib.
Onun sözlərinə görə, 3 günlük Business Tour çərçivəsində 27 may tarixində Caspian Energy Club üzvləri və Latviyanın özəl sektorunu təmsil edən bir sıra şirkət arasında B2B networking event: Latvia – Azerbaijan adlı tədbir təşkil olunmuşdur. “Azərbaycan Respublikasının Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Elnur Sultanova və Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Edqars Skuyaya Caspian Energy Club-a göstərdikləri dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Artıq səfərlərimiz xoş adət halına çevrilib. Qeyd edim ki, iki ölkə sahibkarları arasında davamlı ünsiyyət yaradaraq və Latviyanın ticarət palatası ilə sıx əməldaşlıq edərək pozitiv nəticələrə nail olmuşuq”, — Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva qeyd edib.
“Bu kimi Business Tour-lar Azərbaycanın və Latviyanın iş adamlarını bir araya gətirərək bir sira müqavilələrin imzalanmasına, ikitərəfli əlaqələrin inkişafına, iki ölkənin özəl sektoru arasındakı münasibətlərin daha da dərinləşməsinə möhkəm təkan verib və verməkdədir. May ayinin ilk həftələri ərzində biz Latviyanın kənd təsərrüfatını təmsil edən və 10 şirkətdən ibarət nümayəndə heyəti ilə Bakıda görüş keçirdik. Hal hazırda isə biz təhsil, İKT və yaşıl texnologiyalar sahəsində xidmət göstərən şirkətlərlə Latviyada görüşlərdə iştirak edirik”, — Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.
28 may tarixində Caspian Energy Club-ın üzvləri Latviya mədəniyyətinin fəxri olan Latviyanın Milli Kitabxanasına baş çəkib. Ziyarətə Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfirliyinin birinci katibi Bəxtiyar Musayev, Estoniya Respublikasının Latviya Respublikasındakı missiyasının rəhbər müavini Siim Krispin, Finlandiya Respublikasının Latviya Respublikasındakı missiyasının rəhbər müavini Yaakko Koyvusaari, AB layihə departamentinin direktoru Liqa Siçeva qatılıblar. Görüş çərçivəsində qonaqlar Latviyanın Milli Kitabxanasının işi, təklif etdiyi xidmətlərlə və nadir nəşrlər nümayiş edilən oxu zalları ilə tanış olublar. Daha sonra Citadele Bank-ın Baltikyanı region üzrə baş makroiqtisadi analitiki, Latviya Fiskal İntizam Şurasının üzvü Martinş Abolinşın təqdimatında “Körpüləri quraraq: Azərbaycan və Mərkəzi Baltikyanı ölkələr arasında iqtisadi əlaqələr” adlı məruzə dinlənilib. Görüşün sonunda Latviyanın Milli Kitabxanasının arxivinə Caspian Energy jurnalının nüsxəsi hədiyyə edilib.
Eyni gündə Caspian Energy Club üzvləri Riqada təşkil edilmiş Central Baltic & Azerbaijan Business Forum-a qatılıblar.
“Forumun 28 may tarixində keçirilməsi bizim üçün xüsusi önəm kəsb edir. Bu gün Azərbaycan tarixinin ən şanlı və parlaq bayramlarından olan Müstəqillik Günü olmasıyla yanaşı, Caspian Energy üçün də çox əlamətdar tarixdir, çünki məhz 28 may 1999-cu ildə Caspian Energy jurnalının ilk buraxılışı işıq üzü görmüşdür. Fürsətdən istifadə edərək, burda olan azərbaycanlıları, Caspian Energy ailəsinin üzvlərini və Caspian Energy dostlarını bu əlamətdar gün münasibətilə təbrik edirəm”, — forumda çıxış edən Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva qeyd edib. O, LEF network Azerbaijan proqramı qısa müddət davam etsədə çox önəmli yer aldığını, öz nəticələrini verdiyini və daha da böyük və maraqlı nəticələr əldə edəcəyini ifadə edib.
“Dünən baş tutan B2B görüşlərdə artıq Caspian Energy Club üzvü olan əksər şirkətlər memorandumlar və müqavilələr imzalayıb. Ümid edirəm ki, bu sənədlər ölkələr rasında ticari-iqtisadi əməkdaşlığln genişlənməsinə, yeni təşəbbüslərin yaranmasına, investisiyaların axınının stimullaşdırılmasına töhfə verəcək”, — Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.