Super User
Qazaxıstanda yeni Vergi Məcəlləsi tətbiq ediləcək
Qazaxıstan Respublikasının baş nazirinin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarov hökumətin iclası zamanı yeni Vergi Məcəlləsinin 2025-ci il iyulun 1-dən əvvəl qəbul ediləcəyini və 2026-cı ilin yanvarından qüvvəyə minəcəyini açıqlayıb.
Onun sözlərinə görə, bu, fəal kütləvi izahat işlərinin aparılmasına, əsasnamələrin hazırlanmasına və Dövlət Gəlirləri Komitəsi üçün informasiya sistemlərinin hazırlanmasına imkan yaradacaq.
"Paris-2024": Azerbaijani paraathlete qualified for the final
Azerbaijani paraathlete Lamiya Valiyeva (T13) reached the finals of the Summer Paralympic Games held in Paris.
The athlete achieved this by covering the distance of 100 meters in 11.81 seconds in the qualifying phase, "Caspian Energy Media" reports with reference to AZERTAC.
The final stage will be held today at 10:13PM (local time).
It should be noted that currently Azerbaijan has 2 gold, 1 silver and 1 bronze medals.
“Paris-2024”: Azərbaycan paraatleti finala vəsiqə qazanıb
Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13) Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
“Caspian Energy Media” AZƏRTAC-a istinadən xəbər verir ki, idmançı buna təsnifat mərhələsində 100 metr məsafəni 11,81 saniyəyə qət edərək nail olub.
Final mərhələsi bu gün Bakı vaxtı ilə saat 22:13-də keçiriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.
Aqrar Subsidiya Şurası 2025-ci il üçün subsidiya əmsallarını açıqlayıb
Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2025-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Bu barədə “Caspian Energy Media” Kənd Təsərrüfatı nazirliyinə istinadən xəbər verir.
AZAL tarixində ilk dəfə Maldiv adalarına birbaşa uçuşlara start verir
"Azərbaycan Hava Yolları" aviaşirkəti tarixində ilk dəfə olaraq Bakıdan Maldiv adalarına birbaşa uçuşlar həyata keçirəcək və sərnişinlərinə dünyanın ən gözəl guşələrindən birinə asanlıqla çatmaq imkanı yaradacaq.
“Caspian Energy Media” xəbər verir ki, Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə ilk reys noyabrın 8-nə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə ‒ cümə və bazar günləri yerinə yetiriləcək.
Energetika naziri Rumıniyaya səfər edib
Energetika naziri Pərviz Şahbazov Rumıniyalı həmkarı Sebastian-İoan Burdujanın dəvəti ilə bu ölkəyə səfər edib.
“Caspian Energy Media” xəbər verir ki, nazir və rəhbərlik etdiyi nümayəndə heyəti 3 sentyabr tarixində paytaxt Buxarest şəhərində keçiriləcək “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 8-ci iclasında iştirak edəcək.
Havada tozun miqdarı normadan 4-4.5 dəfə yüksəkdir
Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.
Avtomatik stansiyalardan əldə olunan məlumata görə, havada tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.
“Caspian Energy Media” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
Paraatletimiz Səid Nəcəfzadə qızıl medal qazanıb
Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında paraatletimiz Səid Nəcəfzadə T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.27 m nəticə ilə qızıl medal qazanıb.
Bu barədə “Caspian Energy Media” nazirliyə istinadla xəbər verir.
SOCAR tərəfindən Xorvatiyaya qaz təchizatına başlanılıb
1 sentyabr 2024-cü il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Xorvatiyaya qaz təchizatına başlanılıb.
Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.
Beləliklə, Xorvatiya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan onuncu ölkə olub.
Ильхам Алиев заложил фундамент поселка Истису Кяльбаджарского района
2 сентября Президент Азербайджанской Республики Ильхам Алиев заложил фундамент поселка Истису Кяльбаджарского района. Об этом передает Caspian Energy Media со ссылкой на официальный сайт главы Азербайджанского государства.