Четверг, 16 Январь 2025 10:28

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə iqlim dəyişmələri ilə mübarizə sahəsində təşkilatın potensialını müzakirə edib

15 yanvar 2025-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.

Görüş zamanı tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin prioritet istiqamətlərini, təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivləri müzakirə ediblər.

Görüşdə, ölkəmizin çoxtərəfli diplomatiyada zəngin təcrübəsi və uğurlu sədrlikləri xüsusi vurğulanaraq,  Azərbaycan tərəfindən AQEM sədrliyi üzrə təqdim olunmuş konseptual sənədin təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və etimadın möhkəmlənməsi üçün geniş istiqamətləri əhatə etdiyi məmnunluqla qeyd olunub. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Bu barədə “Caspian Energy Media” Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

 

Read 6 times Last modified on Четверг, 16 Январь 2025 10:31

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ