Понедельник, 13 Январь 2025 13:31

ASCO-nun “Murovdağ” gəmisi ilk səfərini uğurla tamamlayıb, Çiliyə doğru hərəkət edir

ASCO-nun ötən ilin oktyabr ayında aldığı sayca ikinci “Handysize” tipli “Murovdağ” gəmisi Kolumbiya və Ekvadora olan ilk səfərini uğurla tamamlayıb.

“Murovdağ” hazırda Çilinin Tokopilla limanına doğru hərəkət edir. Gəmi burada gübrə və ammonium nitrat yükünü anbarlarına yükləyəcək və daha sonra Braziliyanın Salvador limanına doğru yola düşəcək.

Qeyd edək ki, bu nəhəng quru yük gəmisi ASCO-nun 2024-cü ilin mayında istifadəyə verdiyi ilk “Handysize” tipli “Xocalı” gəmisi kimi təxminən 38 000 ton yükgötürmə qabiliyyətinə (dedveytə) malikdir. Uzunluğu 179,9 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu isə 10,47 metrdir. Maksimum sürəti 15,7 uzel olan gəmi suya oturumunun optimal dizaynı sayəsində bir çox dayaz limanlara rahatlıqla daxil ola bilir. Bu barədə “Caspian Energy Media” ASCO-ya istinadən xəbər verir.

Read 9 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ