Понедельник, 06 Январь 2025 17:31

EDB: Azərbaycan Avrasiya regionunda ən böyük investorlardan birinə çevrilib

Azərbaycan 2016-cı ildə tutduğu dördüncü yerdən 2024-cü ilin birinci yarısında ikinci yerə yüksələrək, Avrasiya regionunda Rusiyadan sonra ikinci ən böyük investora çevrilib.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) 2024-cü il üzrə hesabatında deyilir.

“2024-cü ilin birinci yarısının sonunda Azərbaycanın qarşılıqlı birbaşa xarici investisiyaları (BXİ) ölkə ÜDM-nin 6,58 %-ni təşkil etdiyi halda, Rusiyada bu göstərici 4,15 %-dir. Beləliklə, Azərbaycanda qarşılıqlı BXİ-nin payı artmaqda davam edir, bu da onu investisiya fəaliyyətində əhəmiyyətli regional oyunçu edir”, - hesabatda qeyd olunur.

Nəzərdən keçirilən dövr ərzində toplanmış birbaşa xarici investisiyaların həcmi təxminən iki dəfə - 1,7 milyarddan 3,1 milyard ABŞ dollarına qədər artıb.

Read 34 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ