Суббота, 28 Декабрь 2024 12:32

Ölkədə süni intellekt sahəsinə aid dövlət standartları qəbul edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC TR 24028:2024 “İnformasiya texnologiyaları - Süni intellekt - Süni intellektin etimadı doğrultmasına dair icmal” və AZS ISO/IEC TR 24372:2024 “İnformasiya texnologiyaları - Süni intellekt (Sİ) - Sİ sistemləri üçün hesablama yanaşmalarının icmalı” dövlət standartları qəbul edilib.

Sözügedən dövlət standartları Sİ sistemlərinin etimadı doğrultma mövzularını, o cümlədən bu sistemlərin əsas hesablama xüsusiyyətlərini, onlarda istifadə olunan vacib alqoritmlər və yanaşmaları müəyyən edir.

Yeni dövlət standartlarının tətbiqində məqsəd Sİ sistemlərinin müxtəlif platformalar və sahələrdə düzgün işləməsi üçün ümumi qaydalar və təlimatların yaradılmasını, həmçinin qarşılıqlı şəkildə işləməsini təmin etməkdir.

Bu barədə “Caspian Energy Media” AZSTANDART-a istinadən xəbər verir.

 

Read 49 times Last modified on Суббота, 28 Декабрь 2024 11:36

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ