İqtisadiyyat Nazirliyində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə keçirilən görüşdə əməkdaşlığın inkişafı müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) dövlət mülkiyyəti və özəlləşdirmə üzrə İşçi Qrupunun sədri, Birləşmiş Krallığın dövlət investisiyaları üzrə qurumunun baş icraçı direktoru Çarlz Donaldın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və İƏİT arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı, həmçinin Azərbaycan İnvestisiya Holdinqi və onun portfel şirkətlərinin dayanıqlı fəaliyyəti, korporativ idarəetmə prinsiplərinə uyğun idarə olunması istiqamətində prioritet məsələlər müzakirə edilib.
Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.