Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC hər kəsin “bulud” xidmətlərindən faydalana biləcəyi yeni “AzInCloud” platformasını istifadəyə verib.
Ölkənin ən böyük “bulud” provayderi olan “AzInTelecom” MMC platforma üzərindən müasir alətlərlə təchiz olunmuş “bulud” xidmətləri təqdim edir.
Özünəxidmət platforması kimi fəaliyyət göstərən “AzInCloud” ictimai “bulud” xidməti hesab olunur və bütün qurumlar, o cümlədən kiçik və orta bizneslər, fərdi sahibkarlar, eləcə də fiziki şəxslər üçün əlçatandır.
“AzInCloud” platformasının əsas məqsədi biznes mühitində rəqəmsal transformasiyanı təşviq etmək, Azərbaycanda bizneslərin və fərdlərin rəqəmsallaşmadakı rolunu artırmaqdır.
Bu barədə “Caspian Energy Media” “AzInTelecom”-a istinadən xəbər verir.