Noyabrın 15-də Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığı gücləndirməyi və turizm əlaqələrini inkişaf etdirməyi nəzərdə tutan saziş imzalanıb.
Sənədi Azərbaycan tərəfindən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyə tərəfindən isə Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıb.
Sazişdə ölkələr arasında qonaqpərvərlik, turizm sahəsi və qanunvericiliyi istiqamətində məlumat mübadiləsi, turizm statistikasının təkmilləşdirilməsi, qastroturizm, turizm təhsili sahəsində əməkdaşlıq və investisiya təşviqinin əsasları kimi məsələlər xüsusi vurğulanır.
Bu barədə “Caspian Energy Media” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.