Пятница, 22 Ноябрь 2024 11:06

Mikayıl Cabbarov və "PowerChina Resources Ltd." şirkətinin prezidenti arasında görüş keçirilib

"PowerChina Resources Ltd." şirkəti ilə yaşıl enerji sahəsində potensial işbirliyi imkanları nəzərdən keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov "PowerChina Resources Ltd." şirkətinin prezidenti Yanq Tianfu ilə görüşüb.

Görüşdə Çinin biznes dairələri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyi vurğulanıb, ölkəmizin işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. 

Tərəflər yaşıl enerji sahəsində işbirliyi, ölkəmizin əlverişli biznes mühitindən yararlanmaq və birgə investisiya layihələrinin reallaşdırılması imkanlarını müzakirə ediblər.

Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

Read 46 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ