Четверг, 21 Ноябрь 2024 11:02

COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin yüksəksəviyyəli dəyirmi masası keçirilib

20 noyabr tarixində COP29-da Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçirilib.

Tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi, Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunub.

Dəyirmi masada dayanıqlı şəhər nəqliyyatı sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası üzrə strategiyalar müzakirə olunub. Şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün maraqlı tərəflər və hökumətlər arasında daha sıx əməkdaşlığın təşviq edilməsinə ehtiyac olduğu vurğulanıb. 

Tədbirdə Yaşıl Şəhər Nəqliyyatı Sisteminin yaradılması, ən yaxşı nümunələri, bu sahənin maliyyələşdirilməsi və milli fəaliyyət planları barədə müzakirələr aparılıb.

Bu barədə “Caspian Energy Media” Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə istinadən xəbər verir.

 

Read 25 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ