COP29 çərçivəsində “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevin Çinin “Dongfang Electric Corporation” şirkətinin rəhbərliyi ilə görüşü olub.
“DEC Beynəlxalq Korporasiyası”nın vitse-prezidenti Li Jianhua, şirkətin beynəlxalq əməkdaşlıq üzrə vitse-prezidenti Wang Ai və şirkətin Mingeçevirdə tikilən 1280 MVt-lıq yeni elektrik stansiyası üzrə layihə meneceri Li Qinin iştirakı ilə keçirilən görüşdə hazırda həyata keçirilən layihələr və əməkdaşlığın gələcək perspektivləri, yaşıl enerjiyə keçid və enerji effektivliyi mövzusunda müzakirələr aparılıb.
Bu barədə “Caspian Energy Media” “AzərEnerji”-ə istinadən xəbər verir.