COP29 çərçivəsində “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevin “Qırğızıstan Milli elektrik şəbəkəsi” ASC-nin rəhbəri Altınbek Rısbekovla görüşü olub.
Görüşdə Azərbaycan və Qırğızıstan enerji sistemləri arasında əməkdaşlıq perspektivləri, yeni texnologiyaların istismarı və bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası təcrübəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu barədə “Caspian Energy Media” “AzərEnerji”-ə istinadən xəbər verir.