Воскресенье, 17 Ноябрь 2024 12:05

İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində dairəvi iqtisadiyyat üzrə Nazirlər Görüşü keçirilib

COP29 çərçivəsində Bakıda təşkil edilmiş dairəvi iqtisadiyyat üzrə tədbirdə resurs səmərəliliyi üzrə təşəbbüslərə dair sənədlər qəbul edilib.

COP29 çərçivəsində Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində dairəvi iqtisadiyyat üzrə Nazirlər Görüşü təşkil edilib. Tədbir BMT-nin Ətraf Mühit Proqramının regional ofisinin və İqlim Dəyişikliyi Bölməsinin direktoru Deçen Tserinqin moderatorluğu ilə keçirilib.

Yekunda “Bakı resurs səmərəliliyi və dairəvi gündəlik üzrə Bəyannamə” və “İƏT regionunda resursların davamlılığı və dairəvi iqtisadiyyat üzrə regional təşəbbüsün başlanmasına dair Birgə Bəyanat” qəbul edilib.

“Caspian Energy Media” bu barədə İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

Read 49 times Last modified on Понедельник, 18 Ноябрь 2024 11:08

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ