Суббота, 16 Ноябрь 2024 11:50

İqtisadiyyat Nazirliyində Avropa İttifaqı ilə əməkdaşlıq müzakirə edilib

COP29 çərçivəsində Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru ilə keçirilən görüşdə iqtisadi və investisiya sahələri üzrə potensial əməkdaşlıq imkanları müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Koopmanla görüşüb.

Görüşdə Aİ-Azərbaycan əməkdaşlığının inkişafı və regional tərəfdaşlıq haqqında müzakirələr aparılıb. Azərbaycanın qlobal çağırışlara töhfələri, yaşıl gündəliyin təşviqi ilə bağlı atılan addımlar nəzərdən keçirilib. Dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən iqtisadi islahatlar, regional layihələrin əhəmiyyəti və qlobal tərəfdaşlığın prioritetləri müzakirə edilib. İqtisadi və investisiya sahələri üzrə potensial əməkdaşlıq imkanları istiqamətində fikir mübadiləsi aparılıb.

“Caspian Energy Media” bu barədə İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

Read 165 times Last modified on Суббота, 16 Ноябрь 2024 12:54

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ