Понедельник, 21 Октябрь 2024 13:48

Energetika naziri Çində səfərdədir

Energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhuanın dəvəti ilə bu ölkəyə səfər edib. Nazir 23-24 oktyabr tarixlərində Çinin Şandun əyalətinin Çindao şəhərində keçiriləcək 3-cü Kəmər və Yol Enerji Nazirləri Konfransında iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin Pekin şəhərində Çin şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

Read 16 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ