Пятница, 18 Октябрь 2024 15:37

Bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının icarəsi üzrə göstəricilər açıqlanıb

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının icarəsindən büdcəyə 28,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

2024-cü ilin 9 ayı ərzində qeyri-yaşayış sahəsinə dair 459 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 5,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Cari ilin yanvar-sentyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 28,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,8% artım qeydə alınıb.

Bu barədə "Caspian Energy Media" Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

 

Read 296 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ