Четверг, 10 Октябрь 2024 14:04

SOCAR prezidenti “Yokogawa Europe B.V.” şirkətinin prezidenti ilə görüşüb

9 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Yokogawa Europe B.V.” şirkətinin prezidenti və “Yokogawa Electric Corporation”ın vitse-prezidenti Seita Hagihara ilə görüşüb.

Görüşdə şirkətlər arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

Tərəflər hasilat, emal və digər sahələrin rəqəmsallaşdırılması, enerji keçidi, dekarbonizasiya istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

Read 82 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ