Вторник, 24 Сентябрь 2024 16:19

Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Özbəkistan Respublikasının Daşkənd şəhərinə səfər çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 24-də Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev ilə görüşüb.

Görüşdə iki ölkə arasında media və kommunikasiya sahələrində effektiv və genişmiqyaslı əlaqələrin qurulması, həmçinin informasiya-kommunikasiya sferasında qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, spesifik layihələrin icrasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Bu barədə “Caspian Energy Media” Medianın İnkişafı Agentliyinə istinadən xəbər verir.

Daha ətraflı

Read 220 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ