Пятница, 13 Сентябрь 2024 14:04

Su ehtiyatlarının idarəedilməsində Niderland təcrübəsi

26 sentyabr 2024-cü il tarixində “The Ritz-Carlton” otelində “Aqualink” MMC-nin təşkilatçılığı və “Caspian Energy Club”ın baş networking tərəfdaşlığı ilə IV “Su İnnovasiya Forum”u keçiriləcək. Bu barədə forumun təşkilati komitəsindən bildirilib.

“Gələcək üçün su” şüarı altında keçiriləcək IV “Su İnnovasiya Forum”unun əsas məqsədi nəinki ölkəmizdə, o cümlədən Xəzəryanı dövlətlərdə və regionda su və ətraf mühit mövzularında təcrübələrin mübadiləsi, beynəlxalq elmi yeniliklərin nümayişi, yerli sahibkarlarla dövlət və xarici tərəfdaşların əməkdaşlığının dərinləşdirilməsi, eyni zamanda su ehtiyatlarının dayanıqlı idarə edilməsində “yaşıl” həllərin təqdimatıdır.

IV “Su İnnovasiya Forum”unda fəxri qonaqlar qismində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də aidiyyəti digər dövlət qurumlarının yüksək vəzifəli səlahiyyətli nümayəndələri, yerli və xarici sahəvi şirkətlərin rəhbər və mütəxəssisləri olacaqdır.

İlk panel “Su ehtiyyatlarının idarəedilməsində beynəlxalq təcrübələrin tətbiqi – Holland təcrübəsi” olacaqdır. Bu paneldə Niderland Krallığının dinamik, inkişaf edən, qabaqcıl şirkət və qurumların nümayəndələri, o cümlədən “Royal Haskoning DHV”, “IHE Delft” Su Təhsili İnstitutu, “Spaans Babcock BV”, “Nijhuis Saur Industries” və digər şirkətləri iştirak edərək müasir su təmizləmə texnologiyaları, su idarəedilməsində effektiv və səmərəli həllər, o cümlədən qabaqcıl texnologiyaların tətbiqi, su təsərrüfatlarında dayanıqlı idarəetmə təcrübələri  kimi bir sıra aktual mövzularda məruzə ilə çıxış edəcəklər. İlk paneli Niderland Krallığıın Rotterdamın Erasmus Universitetində (“Erasmus University Rotterdam”) İdarəetmə və İctimai Siyasət üzrə baş müəllim, eləcə də Sinqapur Milli Universitetinin (“National University of Singapore”) Li Kuan Yu İctimai Siyasət Məktəbində aparıcı tədqiqatçı kimi fəaliyyət göstərən elmi mütəxəssis Fərhad Muxtarov idarə edəcəkdir.

IV “Su İnnovasiya Forum”u dövlət qurumlarının, yerli və beynəlxalq şirkətlərin, aidiyyəti sahə üzrə nümayəndələr və mütəxəssislərin iştirakı, “Aqualink” MMC, “Nijhuis Saur Industries”, “AO Smith”, “Chemya” şirkətləri və “Referans” Klinik Laboratoriya Mərkəzinin baş sponsorluğu ilə keçiriləcəkdir.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

“Aqualink” şirkəti peşəkar su mühəndisliyi və kimyəvi maddələrin təchizatı sahəsində 2010-cu ildən etibarən fəaliyyət göstərir. Şirkət su, çirkab su təmizləmə sistemləri, suların fiziki və kimyəvi təmizlənməsi, təkrar emalı, mühəndisliyi, nasos və nasos stansiyaların quraşdırılması sahəsində uzunillik təcrübəyə və ixtisaslaşmaya malikdir.

“Aqualink şirkəti” ölkədə ən geniş sahəvi nümayəndəliklərə və beynəlxalq səviyyədə tanınarlığa malikdir. Şirkət 53-dən artıq beynəlxalq su və kimya texnologiyaları və həlləri təqdim edən şirkətlərin regionda rəsmi tərəfdaşı və eksklüziv nümayəndəsidir.

“Aqualink” şirkəti idarəetmədə beynəlxalq keyfiyyət siyasətini tətbiq etməklə şirkət daxili və şirkət xarici xidmətlərinin yüksək səviyyədə tətbiqini həyata keçirir. Şirkətimiz İSO 9001:2015,  ISO 14001: 2015 sertifikatlarına malikdir.

Read 429 times Last modified on Пятница, 13 Сентябрь 2024 10:16

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ