Среда, 21 Август 2024 16:58

Azərbaycanda “Starlink” internet xidmətinin təşkil olunması müzakirə edilib

Azərbaycanda “Starlink” genişzolaqlı peyk internet xidmətinin təşkil olunması müzakirə edilib.

“Caspian Energy Media” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Bakıda səfərdə olan “Starlink” peyk sisteminin qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru Rebekka Slik Hanterlə görüşdük. Azərbaycanda “Starlink” genişzolaqlı peyk internet xidmətinin təşkili məsələlərini müzakirə etdik,”- deyə o qeyd edib.

Read 269 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ