Понедельник, 19 Август 2024 16:43

Qazaxıstanın Orta Dəhliz boyu dəniz daşımalarında rekord artım qeydə alınıb

Cari ilin ilk yeddi ayı ərzində Qazaxıstanda dəniz və sahilyanı nəqliyyatla yük və baqaj daşımalarının həcmi 1,6 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

“Caspian Energy Media”nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bu həcm son beş ilin göstəricilərini üstələyib.

Dəniz və sahilyanı nəqliyyatla yük daşımalarının həcmindəki əhəmiyyətli artım, digər amillərlə yanaşı, Çindən Avropaya gedən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) hesabına təmin edilib. Bu marşrut boyu həm dəmir yolu, həm də dəniz nəqliyyatı istifadə olunur. Xüsusilə, Qazaxıstanda TBNM-in dəniz yolunu Kurık və Aktau limanları təmin edir.

Həmçinin bildirilir ki, 2025-ci ildə Aktau dəniz limanı ərazisində konteyner habı istifadəyə veriləcək.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini və Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir.

 

Read 275 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ