Среда, 14 Август 2024 13:24

Nazir Rəşad Nəbiyev Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.

Görüşdə İKT, kosmik sənaye, süni zəka və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanda bu sahələrdə təlim proqramlarının həyata keçirilməsi və iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili istiqamətində tədbirlər görülməsi qərarlaşdırılıb.

Bu barədə “Caspian Energy Media” Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə istinadən xəbər verir.

Read 96 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ