Пятница, 09 Август 2024 11:19

“Azərbaycan Sənaye Korporasiyası” ASC İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Caspian Energy Media “AznTelecom”a istinadla xəvər verir ki, fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (“ASK” ASC) olub. ASC öz informasiya sistemləri və ehtiyatlarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki “AznTelecom” MMC-ə məxsus Bakı Data Mərkəzinə qismən yerləşdirib. Azərbaycan Sənaye Korporasiyası AzInTelecom-un təqdim etdiyi Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) bulud xidmət xidmətlərini əldə edib. ASK həmçinin AzInTelecom  tərəfindən lisenziyalı Microsoft məhsulları ilə təmin olunub. Sənaye Korpoersiyası İT sistemlərini “Hökumət Buludu”na yerləşdirməklə kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.

Daha ətraflı

Read 125 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ