Четверг, 08 Август 2024 11:04

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı kəskin artıb

2024-cü ilin ilk 6 ayı ərzində Bakı metropolitenindən QR bilet istifadəçilərinin sayı 1 milyon 884 min 845 sərnişin təşkil etmişdisə, təkcə iyul ayı ərzində bu ödəmə üsuluna 1 milyon 260 min  699 sərnişin müraciət edib. Beləliklə, 7 ay ərzində istifadəçi sayı 3 milyonu keçərək 3 milyon 145 min 544 sərnişin olub. Başqa sözlə, il ərzində metropolitendəki QR bilet istifadəçilərinin 40.1 %-i məhz iyul ayında bu xidmətə müraciət edib. Yaxud təkcə iyul ayında daşınan QR bilet istifadəçilərinin sayı 6 ayda daşınmış sərnişinlərin 67 %-i qədər olub.

Bu ödəniş üsulu ilə metropolitenə daxil olanların orta statistik gündəlik sayı da iki dəfəyə yaxın artıb. İyun ayında orta statistik hesabla bir gün ərzində 24 min 838 sərnişin QR biletlə metroya daxil olmuşdusa, iyulda bu rəqəm 40 min 668 olub. İyulun QR biletlə rekord daşıma göstəricisi ayın 30-da qeydə alınıb – 49 min 394 (iyunda rekord rəqəm ayın 28-də qeydə alınmışdı - 38 min 890).

Daha ətraflı

Read 110 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ