Среда, 07 Август 2024 12:17

“Yaşıl iqtisadiyyat”a keçidə dəstək məqsədilə Memorandum imzalanıb

“Yaşıl dünya naminə həmrəylik ili” və bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29 tədbiri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Smartnation” İnsan İnkişafı Platforması birgə əməkdaşlıq edəcək. Bu məqsədlə KOBİA və platforma arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Smartnation” İnsan İnkişafı Platformasının təsisçisi Şəbnəm Məmmədova imzalayıblar.

Caspian Energy Media Agentliyə istinadən xəbər verir ki, memorandumda “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiyalar”, “yaşıl sahibkarlıq”, maarifləndirmə və ətraf mühitin sağlamlaşdırılması tədbirləri çərçivəsində birgə əməkdaşlıq nəzərdə tutulur.

Daha ətraflı

Read 309 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ