Среда, 31 Июль 2024 17:13

Sahibkarlar Moskvada keçiriləcək qastronomik festivala dəvət olunur

Bu ilin 23-25 avqust tarixlərində Moskva şəhərində “Moskvanın dadı” (“Вкус Москвы”) adlı beynəlxalq qastronomik festival keçiriləcək.

Caspian Energy Media AZPROMO-ya istinadla xəbər verir ki, tədbir çərçivəsində şərab və alkoqol məhsullarının təqdimatı və dequstasiyası təşkil olunacaq, şərabların müsabiqəsi keçiriləcək. Bundan başqa, festivala Rusiya və digər ölkələrin tanınmış restoranlarının nümayəndələrinin, qida və şərab mütəxəssislərinin qatılacağı gözlənilir. Festivala dair hazırlanan təqdimatla buradan tanış olmaq olar.

Festivalda iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.

Tel: +7 925 488 20 88

Read 352 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ