Четверг, 25 Июль 2024 11:50

Gənclər və idman naziri "Change the Games" beynəlxalq forumunda iştirak edib

İyulun 24-də UNESCO-nun təşkilatçılığı ilə Fransanın paytaxtı Paris şəhərində idman nazirlərinin "Change the Games" beynəlxalq forumu keçirilib.

Caspian Energy Media Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Paris-2024 Yay Olimpya Oyunları ərəfəsində baş tutan Forumda proqram üzrə müxtəlif məsələlər müzakirə olunub.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov forumda çıxış edib, panel iclaslarında müzakirələrə qatılıb. Nazir Azərbaycanın UNESCO və müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr barədə məlumat verib.

Read 222 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ