Четверг, 25 Июль 2024 10:51

“PAŞA Bank” “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülüb

Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank” nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülüb. Bu barədə “Caspian Energy Media”ya “PAŞA Bank”dan məlumat verilib.

Laureatların siyahısı Londonda keçirilən ənənəvi “Award for Excellence – 2024” mükafatının təltifetmə mərasimində  açıqlanıb.

Beynəlxalq nəşr Bankın fəaliyyətini işıqlandırarkən, onun müştəriləri üçün xidmətlərini genişləndirdiyini, ödəniş təkliflərini yenilədiyini və iş əməliyyatlarının effektivliyinə fokuslandığını vurğulayıb.

“Caspian Energy Club"ın üzvü olan “PAŞA Bank”ın baş icraçı direktoru və İdarə Heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, il ərzində bank KOS müştərilərinin dövriyyə ehtiyaclarının qarşılanması üçün rəqəmsal platformalar vasitəsilə 100 mln. AZN-dən çox girovsuz maliyyə vəsaiti ayırmışdır. Bundan əlavə, ölkədə təchizat zəncirinin maliyyələşməsi istiqamətində ənənəvi təhlillərə ehtiyac olmadan rəqəmsal kanallarla faktorinq məhsulu müştərilərə təqdim edilmişdir. Bankın ticarət maliyyələşdirilməsi portfelindən əldə etdiyi artım 26% təşkil edir. Həmçinin, “PAŞA Bank” əməkhaqqı fondunda 15%, cari hesablar üzrə isə gündəlik ortalama qalıqların məbləği 22% artım göstərmişdir.

Qeyd edək ki, "Euromoney" beynəlxalq nəşri 1967-cı ildən dərc olunur və  təxminən dünyanın 100 ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətlərini qiymətləndirir. Mükafatın təltif edilməsi haqqında qərar il ərzində  müxtəlif ölkələrdə bank sektorunun və maliyyə  təşkilatlarının fəaliyyətinin təhlili əsasında  qəbul edilir.

Read 527 times Last modified on Четверг, 25 Июль 2024 08:02

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ