Понедельник, 22 Июль 2024 11:08

Şahmatçımız Serbiya Open-2024-də çempion olub

Eltac Səfərli Belqradda təşkil olunan Serbiya Open-2024 şahmat turnirinin qalibi olub. O, 9 turdan sonra 7,5 xal toplayıb.

Caspian Energy Media nazirliyə istinadla xəbər verir ki, Azərbaycanlı şahmatçı sonuncu turda Boyan Maksimoviçlə (Bosniya-Herseqovina) xalları yarıya bölüb. Bu, Eltaca 1-ci pillədəki mövqeyini qorumaq imkanı verib. Turnirin mükafat fondu 35 min avro olub.

Qeyd edək ki, Serbiya Open-2024-də 36 ölkədən 138 şahmatçı qələbə uğrunda mübarizə aparıb.

Read 430 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ