Среда, 17 Июль 2024 10:17

Azərbaycanda “yaşıl” binalar və “yaşıl tikinti” standartları qəbul olunacaq

“Yaşıl” binalar və “yaşıl tikinti” ilə bağlı norma və standartların hazırlanması və qəbulu 2024-cü il üçün Komissiyanın prioritet istiqamətlərindən biridir.

Bu barədə “Caspian Energy Club”ın təşkilatçılığı ilə keçirilən “B2G Forum”da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib.

“Düşünürəm ki, bu və digər islahatlar özəl sektorun və maraqlı tərəflərin daha geniş cəlb olunması və fəal iştirakını, özəl sektor nümayəndələrinin rolunun daha da gücləndirilməsini təmin edəcək”, - Vüsal Şıxəliyev qeyd edib.

Read 229 times Last modified on Среда, 17 Июль 2024 06:52

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ