Пятница, 05 Июль 2024 16:30

İnnovasiya sahəsində daha bir beynəlxalq layihə uğurla başa çatıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) əməkdaşlığı çərçivəsində 2022-ci ildən həyata keçirilən “Azərbaycanda innovasiya siyasətinin qurulması” adlı qrant layihəsinin yekun tədbiri baş tutub. 

Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, qurumun sədri İnarə Vəliyeva KOICA ilə son iki ildə davamlı şəkildə keçirilən təlimlərin sağlam innovasiya ekosistemi quruculuğunda müsbət nəticələr verdiyini qeyd edib: “KOICA-nın akselerasiya və mentorluq proqramlarının məzunları innovativ sahibkarlıqla bağlı fərqli yanaşmaları mənimsəyiblər, öz ideyalarını təcrübədən keçirmək imkanından faydalanıblar”.

Daha ətraflı

 

Read 325 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ