Четверг, 04 Июль 2024 15:41

BANM-də “Açıq qapı” günü

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Açıq qapı” günü keçirilib. I və II ixtisas qrupları üzrə imtahan vermiş abituriyentlər, o cümlədən IX və X sinif şagirdləri və onların valideynləri iştirak ediblər.

Görüş zamanı BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin üstünlükləri barədə ətraflı məlumat verib, SOCAR rəhbərliyinin diqqət və qayğısı sayəsində tələbələr üçün hər cür şərait yaradıldığını vurğulayıb. Rektor Ali Məktəb haqqında iştirakçıların suallarını cavablandırıb.

Caspian Energy Media BANM-a istinadən xəbər verir ki, sual-cavab sessiyasından sonra kampus turu təşkil olunub.

Read 201 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ