Четверг, 27 Июнь 2024 16:21

İslamabad abadlıq üzrə Bakının təcrübəsindən faydalanacaq

İslamabadda Pakistan paytaxtının abadlaşdırılması İdarəsinin (Country Development Authority – CDA) sədri Muhammed Ali Randhavanın Bakı meriyasının nümayəndə heyəti ilə görüşü olub.

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 26-da CDA-da keçirilən görüşdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov da iştirak edib.

Bakının abadlaşdırılması və şəhər landşaftı üzrə mütəxəssislər pakistanlı həmkarlarına İslamabadın daha da gözəlləşdirilməsi üçün öz tövsiyə və təkliflərini verəcəklər. Bu məqsədlə qısa, orta və uzunmüddətli layihələr hazırlanacaq, onlar birgə həyata keçiriləcək.

Read 464 times Last modified on Четверг, 27 Июнь 2024 12:23

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ