Понедельник, 10 Июнь 2024 14:13

Hərracda qiymət start qiymətindən 30 dəfə çox olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir. Hərracda 17 faydalı qazıntı yatağı istifadəyə verilib. Sifarişlərin çoxluğu hərracı rəqabətli edib.

Caspian Energy Media Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, faydalı qazıntı yataqlarından birinə edilən təklif start qiymətindən 30 dəfə çox olub.

5 iyun tarixində keçirilmiş hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, Xızıda yerləşən “Yeni Yaşma I” qum-çınqıl yatağı üzrə təklif 7.079 manatdan 201.000 manata, “Təzəkənd” qum-çınqıl yatağının LOT-1 üzrə təklif 15.000 manatdan 236.000 manata yüksəlib. Bununla yanaşı, start qiyməti 13.897 manat  olan “Kürdçü” qum yatağı 200.000 manata istifadəyə verilib.

Hərracın nəticələri (yekun qiymət, hərracın qalibləri və digər məlumatlar) ilə https://bit.ly/45k7ZOU linki vasitəsilə tanış olmaq mümkündür.

Read 461 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ