Понедельник, 27 Май 2024 18:07

Yağmur-2 və Eco Baltia şirkətlərinin nümayəndələri arasında görüş keçirilib

Yağmur-2 MMC və Latviyanın Eco Baltia şirkətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə Yağmur-2 MMC-nin baş direktoru Namiq Haciyev bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin  genişlənməsi olub.

Yağmur-2 MMC Azərbaycanın bütün ərazisi boyu suvarma sistemləri sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkətin məhsul portfeli çoxillik əkin sahələri, tərəvəz sahələri üçün damla suvarma sistemləri, landşaft, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və böyüdülməsi üçün yağmurlama sulama sistemləri, həmçinin idman meydançalarının sulanması üçün nəzərdə tutulmuş suvarma sistemlərindən ibarətdir. Bununla bərabər şirkət istixanalarda suvarma sistemlərinin tətbiqi üzrə böyük təcrübəyə malikdir.

Eco Baltia dövriyyə baxımından Baltikyanı ölkələrin ən böyük multiservisli tullantıların idarə edilməsi qrupudur. Eco Baltia-nın biznesi Latviyada tullantıların bərpasından tutmuş tullantıların toplanmasına, təkrar emal olunan məhsulların çeşidlənməsinə və ticarətinə və nəhayət təkrar emala qədər bütün tullantıların idarə olunması zəncirini əhatə edir.

Qeyd edək ki, bu görüşlərin LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Read 144 times Last modified on Среда, 12 Июнь 2024 06:53

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ