Super User

Super User

Понедельник, 25 Ноябрь 2024 17:36

Azərbaycandan dəmiryolu ilə ilk ixrac qatarı Çinə yola salınıb

24 noyabr tarixində Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb. Bu hadisə iki ölkə arasındakı iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, həm də Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirdiyini nümayiş etdirir. Belə ki, Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi ilə yanaşı, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini  daha da artırır. Orta Dəhlizin sürətlə inkişafı istər Şərq-Qərb, istərsə də Qərb-Şərq istiqamətində yükdaşımaların həcminin artırılmasına təkan vermiş olur.

İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək nümayəndə heyəti, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi  ilə yanaşı Çinin Sian Çanba Beynəlxalq Limanının idarəetmə Komitəsinin  rəhbər şəxsləri də iştirak edib.

Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.

 

Впервые в истории азербайджано-китайских торговых отношений экспортные грузы были отправлены из Баку в Китай по железной дороге.

Это событие свидетельствует о том, что экономические и транспортные отношения между двумя странами вступили в новый этап, а также об еще большем укреплении Азербайджаном своей стратегической роли в сфере международных грузоперевозок. Так, наряду с отправкой транзитных и импортных грузов из Китая в Азербайджан по международному транспортному маршруту Средний коридор, доставка экспортных грузов из Азербайджана в Китай еще больше повышает эффективность этого коридора. Стремительное развитие Среднего коридора придает импульс к увеличению объемов грузоперевозок как в направлении Восток-Запад, так и в направлении Запад-Восток.

Об этом сообщает «Caspian Energy Media» со ссылкой на «Азербайджанские железные дороги».

Президент Казахстана Касым-Жомарт Токаев обсудил с Вагитом Алекперовым ход реализации совместных проектов в энергетической отрасли. Президент был проинформирован об итогах работы компании и ее планах на ближайшее будущее.

В ходе встречи были рассмотрены перспективные направления сотрудничества, представляющие взаимный интерес.

Касым-Жомарт Токаев подчеркнул, что устойчивое развитие сотрудничества с такими крупными компаниями, как «Лукойл», способствует модернизации энергетической отрасли и укреплению экономического потенциала нашей страны.

Об этом сообщает "Caspian Energy Media" со ссылкой на Официальный сайт Президента Республики Казахстан.

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də COP29-la bağlı ölkəmizdə səfərdə olan İran İslam Respublikasının mədəni irs, turizm və sənətkarlıq naziri Səid Reza Salehi Amirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Söhbət zamanı COP29 çərçivəsində mədəni irs və ətraf mühit məsələlərinə də toxunulub, qarşılıqlı maraq doğuran digər sahələr üzrə fikir mübadiləsi aparılıb. 

Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Наши дзюдоисты запомнились успешным выступлением на юношеском Кубке Европы, проходившем в греческих Салониках.

Сборная Азербайджана завоевала 2 золотые, 1 серебряную и 5 бронзовых медалей.

С таким результатом наша страна заняла второе место в общем зачете и первое место среди юношей.

Об этом сообщает “Caspian Energy Media” со ссылкой на Министерство молодежи и спорта.

 

Понедельник, 25 Ноябрь 2024 11:10

Yığmamız Avropa Kubokunda 1-ci yeri tutub

Cüdoçularımız Yunanıstanın Saloniki şəhərində keçirilən yeniyetmələrin Avropa Kubokunda uğurlu çıxışla yadda qalıblar.

Yığmamız 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb.

Bu nəticə ilə ölkəmiz medal əyarına görə ümumi hesabda 2-ci, oğlanlar arasında isə 1-ci yeri tutub.

Bu barədə “Caspian Energy Media” Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.

Четверг, 21 Ноябрь 2024 15:55

Azərkosmos Millətlər Birliyi ilə birgə tədbir keçirib

Millətlər Birliyi Azərkosmos ilə birgə “İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərində iqlim fəaliyyətinin artırılmasında coğrafi məkan məlumatının rolu” adlı tədbir təşkil edib. COP29 çərçivəsində keçirilən tədbir peyk əsaslı məlumatların inkişaf etməkdə olan Kiçik Ada Dövlətlərində iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasında vacib rolunu vurğulayıb.   

Bu barədə "Caspian Energy Media" Azərkosmos-a istinadən xəbər verir.

 

Понедельник, 18 Ноябрь 2024 16:51

COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib

Azərkosmos, Azərbaycan Respublikasının Kosmik Agentliyi tərəfindən noyabrın 16-da COP29 çərçivəsində Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib. Tədbirdə beynəlxalq kosmik ictimaiyyətin 80-ə yaxın nümayəndəsi iştirak edib. Tədbirə Yaponiya, Amerika Birləşmiş Ştatları, Bəhreyn Krallığı, Braziliya, Çin, İtaliya, Norveç, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniyanının kosmik agentliklərinin rəhbər heyəti, BMT-nin Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO), Beynəlxalq Astronavtika Federasiyası və Millətlər Birliyi təşkilatının rəhbərləri qatılıb.

Sammitdə kosmik fəaliyyəti olan ölkələrin “İqlim fəaliyyəti üçün birgə səylər: tərəfdaşlıqlar, bilik və məlumat mübadiləsi” mövzusunda hər bir dövlətin uyğunluğunu əks etdirən bəyanatlar dinlənilib.

Bu barədə "Caspian Energy Media" Azərkosmos-a istinadən xəbər verir.

 

Cari ilin aprel ayında Energetika Nazirliyinin dəstəyi ilə Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində başladılan "Green Note" layihəsinin birinci mərhələsi yekunlaşıb. Layihə çərçivəsində məktəb şagirdləri və kollektivi tərəfindən təkrar emala göndərilmək üçün 2 tona yaxın kağız toplanıb.

Layihənin məqsədi məktəbdə istifadə olunmuş dəftərlərin və digər kağız məmulatlarının təkrar emala yönləndirilməsi ilə şagirdlər arasında ekoloji mədəniyyətin formalaşdırılması və təbiətin mühafizəsinə töhfə verməkdir.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Energetika naziri Pərviz Şahbazov 1-ci İstanbul Enerji Forumu çərçivəsində “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edib. Nazir çıxışında artan enerji tələbatını qarşılamaq, iqlim dəyişikliyi ilə mübarizə aparmaq və enerji təhlükəsizliyini gücləndirməklə bağlı müasir enerji çağırışlarının həllində regional və beynəlxalq enerji əməkdaşlığının vacibliyini vurğulayıb.

Bərpa olunan enerjinin inkişafına dair beynəlxalq proqramın  bir neçə “yaşıl enerji dəhlizi” layihəsindən ibarət olduğu qeyd edilib. “Azərbaycan - Türkiyə - Avropa”, “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizlərinin enerji təhlükəsizliyi və enerji keçidində regional enerji əməkdaşlığını gücləndirəcəyi diqqətə çatdırılıb.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ