Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq” sessiyasına qatılıb. Sessiya çərçivəsində uğurlu enerji transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin maliyyələşdirilməsi məsələləri istiqamətində müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov DİF çərçivəsində Prezidentin köməkçisi Şahmar Mövsümov və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovla birlikdə Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausmanla görüş keçirib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüş keçirib.
Görüşdə Azərbaycanın enerji ekosistemində bərpaolunan enerji mənbələrinin payının artırılması imkanlarına baxılıb. Birgə həyata keçirilən təşəbbüslərin əhəmiyyəti və reallaşdırılan layihələr ətrafında müzakirə aparılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov DİF çərçivəsində ABŞ-nin "Planet Labs PBC" şirkətinin baş maliyyə və əməliyyatlar direktoru Eliş Consonla görüşüb.
Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.