Tuesday, 24 December 2024 14:56

Azərbaycanda virtual aktivlər üzrə tənzimləmə və nəzarət çərçivəsinin yaradılması müzakirə olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) virtual aktivlərin və bu xidmətin təminatçılarının fəaliyyətinin tənzimlənməsi istiqamətində ekspertlərin iştirakı ilə "Virtual aktivlər və bazar ehtiyacları: ekspert müzakirəsi" adlı tədbir keçirib.

Bu barədə “Caspian Energy Media” AMB-yə istinadən xəbər verir.

Tədbirdə virtual aktivlər üzrə tənzimləmə və nəzarət çərçivəsinin yaradılması, virtual aktivlər bazarı və Mərkəzi Bankın bu sahədəki tənzimləmə yanaşması kimi mövzular müzakirə olunub. İştirakçılar həmçinin, Qazaxıstan və Türkiyədə virtual aktivlərin tənzimlənməsi sahəsində əldə edilmiş təcrübələrlə tanış olublar.

Müzakirələr zamanı virtual aktivlər bazarında mövcud çağırışlar, risklər və potensial imkanlar, eləcə də maliyyə sektorunda bu aktivlərin inteqrasiyası üzrə müxtəlif təkliflər irəli sürülüb.

Read 28 times

 

NEWS