Thursday, 05 September 2024 15:58

Bu gündən STAR NEZ-in fəaliyyəti təmir-profilaktika işlərinə dayandırılıb

Bu gündən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) təmir-profilaktika işləri və avadanlıqlara texniki qulluq üçün fəaliyyəti müvəqqəti dayandırılır.

“Caspian Energy Media” “Report”a istinadən xəbər verir ki, bu barədə “Petkim”in Türkiyənin Kamu Aydınlatma Platformasında yerləşditrilmiş elanda bildirilib.

“Zavodun fəaliyyəti sentyabrın 5-dən iki aya qədər dayandırılacaq. 2018-ci ildə istismara verildikdən sonra ilk dəfə olaraq zavodda əsaslı təmir işləri aparılacaq”, - məlumatda vurğulanıb.

STAR zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və “Azeri Light”, “Kerkük” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun gücü 13 milyon ton təşkil edir.

SOCAR zavodun tikintisinə və inkişafına 7 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.

Read 177 times

 

NEWS