Friday, 09 August 2024 12:26

7 ay ərzində ölkədə təxminən 16.9 milyon ton neft hasil edilib

2024-cü ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, 7 ay ərzində ölkədə təxminən 16.9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Caspian Energy Media Energetika Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, respublika üzrə neft hasilatının 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,5 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,34 milyon tonu (kondensat) Abşeron yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşür.

Cari ilin yanvar-iyul aylarında ölkədə neftin emalı 3,7 milyon ton təşkil edib.

2024-cü ilin iyul ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 589 ton olub. Bunun 65 681 tonunu xam neft, 14 908 tonunu kondensat təşkil edib.

Daha ətraflı

Read 242 times

 

NEWS