Thursday, 25 July 2024 11:11

Azərbaycan və İsrail əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Azərbaycan və İsrail arasında birgə investisiya layihələrinin həyata keçirilməsi müzakirə edilib.

Caspian Energy Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşdə baş tutub. Tərəflər birgə iqtisadi fəaliyyətin potensial sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri - İsrail şirkətləri ilə birgə investisiya layihələri reallaşdırılmasını, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsini, ticarət, sənaye, innovasiya və rəqəmsal sahələrdə əməkdaşlığın təşviqini nəzərdən keçirib.

Read 162 times Last modified on Thursday, 25 July 2024 07:21

 

NEWS