Tuesday, 23 July 2024 12:29

Növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Neptun” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası 26 iyul tarixində “Neptun” supermarketlər şəbəkəsinin “Həzi Aslanov” m/s yaxınlığı, Rəsul Rza küç., 29/42 ünvanında yerləşən filialında təşkil olunacaq.

Caspian Energy Media Ekologiya və Təbii Sərvətlər nazirliyinə istinadla xəbər verir ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.

Daha ətraflı

 

Read 137 times

 

NEWS