Tuesday, 16 July 2024 10:10

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titovla görüşüb.

Caspian Energy Media iqtisadiyyat nazirliyinə istinadən xəbər verir ki, görüşdə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib. Dayanıqlı inkişaf və ətraf mühit, sosial və idarəetmə üzrə birgə iş, davamlı təşəbbüslərin dəstəklənməsi, qarşılıqlı investisiyaların və özəl sektorda tərəfdaşlığın təşviqi, həmçinin COP29 çərçivəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.

Daha ətraflı

Read 339 times

 

NEWS