Cümə axşamı, 03 Oktyabr 2024 14:50

AZAL “AerCap” şirkətindən altı yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür

Azərbaycanın milli aviadaşıyıcısı AZAL dünyanın ən böyük aviasiya lizinqi şirkəti olan “AerCap” ilə CFM LEAP mühərrikli altı yeni “Airbus” təyyarəsinin əməliyyat lizinqinə dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, 2026-cı ilin yaz aylarından başlayaraq həmin ilin sonunadək üç A320neo və üç A321neo təyyarəsinin tədarükü planlaşdırılır.

Sənəd “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev və “AerCap” şirkətinin baş kommersiya direktoru Piter Anderson tərəfindən imzalanıb.

Bu barədə “Caspian Energy Media” AZAL-a istinadən xəbər verir.

Daha ətraflı

Read 230 times