Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkəyə iki günlük rəsmi səfərə gələn ABŞ Dövlət katibi Antoni Blinkeni Ankarada qəbul edib.
Türkiyə liderinin ABŞ Dövlət katibi ilə paytaxtın Esenboğa hava limanının ərazisində keçirilən görüşündə xarici işlər naziri Hakan Fidan, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun və digər rəsmi şəxslər iştirak ediblər.
Bu barədə “Caspian Energy Media” “Anadolu” agentliyinə istinadən xəbər verir.