Çərşənbə, 06 Noyabr 2024 16:32

Fərid Qayıbov Anqolanın gənclər və idman nazirinin müavinini qəbul edib

Noyabrın 6-da gənclər və idman naziri Fərid Qayıbov Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silvanı qəbul edib.

Nazir ona son illərdə Azərbaycanda gənclər və idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib, ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə Azərbaycan ilə Anqola arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.

Bu barədə “Caspian Energy Media” Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.

 

Read 35 times Last modified on Çərşənbə, 06 Noyabr 2024 12:35